Beynəlxalq humanitar qurumlar martın 5-də İsrail–Livan sərhəddi boyunca davam edən döyüşlər fonunda mülki əhaliyə, xüsusilə uşaqlara təhlükəsiz çıxış və yardımın təmin olunması üçün çağırış edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, BMT Baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi tərəfləri humanitar hüquqa əməl etməyə və mülki əhalinin qorunmasına dəvət edib. Humanitar təşkilatlar vurğulayıb ki, münaqişə bölgəsindəki yardımların pozulması insan həyatına ciddi təhlükə yaradır.
Zəhra Ağayeva






