2022-ci ilin iyul ayında "Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr müavini, həkim- koordinatoru, layihə rəhbəri Samirə Muxtarova Sumqayıt şəhər Vərəm Əleyhinə Xəstəxanasında, Lənkəran RMX- nin vərəm şöbəsində, Bərdə RMX- nin poliklinika şöbəsinin ftiziatrik kabinetində monitorinq superviziya səfərində olub.
QHT.az xəbər verir ki, superviziya səfəri zamanı, cəzaçəkmə müəssisəsindən azad olmuş keçmiş məhkum vərəm xəstələrinin müalicəsinin aparılmasına dair sənədlərə baxış keçirilib, pasientlərin 1 aylıq vərəm əleyhinə dərmanları tibb müəssisəsinə təhvil verilib, müalicə müddətində pasientləri narahat edən problemlər dinlənilib və məsləhətlər verilib.
Eyni zamanda Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı ilə pasiyentlərin döş qəfəsi müayinəsi keçirilib.
Həmçinin müalicə sxeminə uyğun olaraq bəlğəm nümunələri götürülərək, müayinə olunması üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin laboratoriyasına çatdırılıb.












