Avqustun 17-də Səhiyyə Nazirinin müavini, Milli Vərəm Proqramının rəhbəri Nadir Zeynalov “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin nümayəndələri ilə görüşüb.
Bu barədə QHT.az “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı məlumat verib.
Təşkilat sədri qeyd edib ki, görüş tanışlıq və gələcək əməkdaşlıq imkanlarının inkişafı baxımdan konstruktiv olub.
“Görüş təşkilatın ölkədə vərəm sahəsindəki dövlət fəaliyyətinə vətəndaş cəmiyyəti qismində töhfəsindən, vərəm xəstəliyi ilə müalicə olunan pasientlər arasında müalicəyə bağlılığın təşviqindən və belə pasientlərə göstərilən sosial qayğıdan, eləcə də Birləşmiş Krallığın Vərəmin Təsirinə Məruz Qalmış İnsanların Qlobal Şəbəkəsi olan TB PEOPLE-nin “Vərəmin Təsirinə Məruz Qalmış İnsanlar Haqqında Bəyannnamə” nin ölkə ərazisində hədəf qrupları arasında maarifləndirilməsi ilə bağlı Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinə ayrılması gözlənilən texniki dəstək layihəsinin icrasına MVP tərəfindən konsultativ-metodik məsləhətləşmələr barəsində olmuşdur.”












