QHT sədrinin kitabı özbək dilinə tərcümə edilərək nəşr olunub və Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edilib.
QHT.az xəbər verir ki, yazıçı- şair Gülqədəm Mirzəzadənin “Buludların göz yaşı” adlı kitabı özbək dilinə tərcümə olunub. Kitab özbəkistanlı yazar Dilorom Muratova tərəfindən tərcümə edilib və Özbəkistanda çap edilərək oxucuların ixtiyarına verilib.
Kitabda yer alan povest və hekayələrdə gender stereotiplərindən qaynaqlanan sosial problemlərin insan talelərinə və davranışlarına mənfi təsirindən bəhs edilir. "БУЛГАН ВОКЕА" adlanan kitab oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı Özbəkistan və Azərbaycan xalqları arasında mədəni əlaqənin möhkəmlənməsinə xidmət edib.
Tərcümə olunmuş kitablarla əlaqədar Daşkənd şəhərində Abdulla Qodiriyin ev muzeyində keçirilən tədbirdə Türkiyə, Azərbaycan və Özbəkistanın yazıçı, şair və elm adamları iştirak edib, tədbir, eləcə də Azərbaycanın Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə hədiyyə edilib.










