Uşaq Səfirlər Məclisinin Cəbrayıl üzrə regional nümayəndəsi Aynur Məmmədovanın təşkilatçılığı ilə “Qızlar müzakirəyə qoşulur” tədbirlər silsiləsi çərçivəsində “Gender bərabərliyi” və “Cəmiyyətdəki stereotipləri necə aradan qaldıra bilərik?” mövzusuna təlim keçirilib.

QHT.az xəbər verir ki, təlimdə müasir cəmiyyətimizdə gender bərabərliyinin tənzimlənmə formaları haqqında danışılıb. Həmçinin işin təşkilində əsas götürülən qanunlardan da söz açılıb. Sonra stereotiplərin aradan qaldırılmasının çıxış yolları barədə danışılıb. Stereotiplərin yalnız qızlara aid deyil, həmçinin oğlanlara da aid olduğu bildirilib, bu cür düşüncələrin aradan qaldırılmasının vacibliyi qeyd olunub.

Təlim uşaqların suallarının cavablandırılması ilə başa çatıb.