Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə “Danışır təcrübə” layihəsi həyata keçirilir.
QHT.az xəbər verir ki, layihənin növbəti qonağı deputat Kamal Cəfərov layihə iştirakçılarına etik davranış qaydalarının idrakına mane olan şüuraltı qərəzlər, o cümlədən vicdanlı davranış, peşəkarlıq və loyallıq haqqında müzakirə aparıb: “Dövlət qurumları bəzi hallarda bu cür təlimlərə formal yanaşır və etik davranış qaydalarının səmərəsinə inanmır. Ancaq Elm və Təhsil Nazirliyində bu məsələyə xüsusi yanaşmanın tətbiqini çox yüksək qiymətləndirirəm. İkincisi adətən bu cür təlimlər əməkdaşların asudə vaxtına salınır. Bunun özü heç etik deyil. Bizim müzakirəmiz iş saatlarında idi. Təlimdə iştirak edən əməkdaşlar da həvəsli idi, mürəkkəb suallar verirdilər”.
Deputat sonda təhsil işçilərinə bu cür təlimlərin keçirilməsinə xüsusi yanaşma göstərməsinə və dəvətə görə Elm və Təhsil Naziri Emin Əmrullayevə təşəkkür edib.










