Məlum olduğu kimi bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurum yanında Məktəblilərin İctimai Şurası yaradılması və sənədlərin qəbulu haqqında elan verib.
“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə Nazirliyin bu qərarının mövcud qanunvericiliyə uyğun olmadığın bildirərək qurumu tənqid etmişdir. QHT sədrinin mövqeyi digər ekspertlər tərəfindən də dəstəklənmişdir.
Tənqidlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi qərarında dəyişiklik edərək yaradılacaq qurumu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Məktəblilərin Ekoloji Şurası” adlandırıb.












