Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin  maliyyə dəstəyi ilə "Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsi “adlı layihəyə start verdi. 

 

Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan layihə üzrə təşkilat komitəsinin üzvü N.Quliyev  icra olunan layihənin mahiyyətindən söhbət açıb                  

 

Layihə rəhbəri  M.Əliyev  bildirib ki, layihə 3 ay müddətində 01.02.2022-ci il tarixdən 01 may  2022-ci il tarixədək  Bakı şəhərində  həyata keçiriləcək. 

 

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan eyni zamanda  pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində ,əyləncə mərkəzlərində , idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. 

 

 Tədbirdə ,QHT, KİV-lərin, , Birliyin İdarə Heyəti və layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər iştirak edib.