Regional İnkişaf İctimai Birliyinin könüllülük proqramı çərçivəsində növbəti tədbirlər Bakı və Şirvan şəhərlərində təşkil edilib.
QHT.az xəbər verir ki, tədbirlər zamanı proqramın təqdimatı olub, nəzərdə tutulan fəaliyyətlər, gənclərin şəxsi inkişafına yönəlmiş təlim və görüşlər barədə məlumat verilib, vörkşoplar və komanda oyunları keçirilib.
Xatırladaq ki, gənclər arasında könüllülük fəaliyyətini təşviq etmək, onların bilik və bacarıqlarını, təşəbbüskarlığını artırmaq, şəxsi və peşəkar inkişafına təkan vermək məqsədi daşıyan proqramın icrasına yanvar ayından başlanılıb.










