DTX-də sorğulanan, "Borçalı İrəli ictimai Birliyi"nin sədri açıqlama verdi.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində sorğulanan, "Borçalı İrəli ictimai Birliyi"nin sədri Məhəbbət İmanov, son prosesləri şərh edib.
 
QHT.az xəbər verir ki,  24News.ge portalına müsahibə verən M. İmanov, ilk öncə DTX-ya çağrılma səbəbindən danışıb:
 
"Mən iki məsələ üzrə dəvət olunmuşam, Gürcüstan- Azərbaycan dostluq münasibətləri, eləcə də, Nəriman Nərimanov məsələsi. Sorğuda Nərimanov məsələsi ilə bağlı onu bildirdim ki, Marneuli yepiskopunun çıxışından sonra, bu məsələyə heçbir münasibət bildirməmişəm, sadəcə 2017 - 2018 -ci illərdə, USAiD-də olan görüşlərdə iştrak etmişəm".
 
Məhəbbət İmanov iki dost və strateji tərəfdaş olan Azərbaycan və Gürcüstan arasında ziddiyətlər yaratmaq istəyən qüvvələrə də toxunub:
 
"Mən sorğu zamanı da, Gürcüstan - Azərbaycan dostluq münasibətlərində danışdım və buradanda demək istəyirəm ki, iki ölkə arasında dostluq-qardaşlıq münasibətləri min illiklərə dayanır. Eyni zamanda hal hazırda iki ölkə arasında dostluq strateji müttəfiqlik ən yüksək səviyyədədir. Bu iki dost və qardaş xalqlar olan, eləcə də dövlətlər arasında nifaq salmaq istəyənlərə səslənirəm ki, sizin buna nə gücünüz nə də yaşınız çatmaz", - deyə M. İmanov bildirib.