QHT.az xəbər verir ki, Masallı şəhər 4 saylı Digah tam orta məktəbinin direktoru Hamlet Quliyev bu ilki buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən  məzuna bir aylıq əmək haqqının mükafat olaraq verilməsini qərarlaşdırıb.

H. Quliyev 1961-ci ildə anadan olub. BDU-nun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra müəllim, Masallı Rayon Təhsil Şöbəsində metodist, Masallı Rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbəsində  baş məsləhətçi işləyib.