“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktor müavini doktor Abdulla Rəhimov 26.11.2021 ci il tarixində Hilton oteldə "TİKA və COJEP Avrasiya Koordinatorluğunun" birgə təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin potensialının artırılması" mövzusunda öyrədici seminarda iştirak etmişdir.
100 ə yaxın qeyri hökumət təşkilatı rəhbərləri , dövlət nümayəndələri və "TİKA və COJEP Avrasiya Koordinatorluğunun" idarə heyəti iştirakı ilə keçirilən tədbirdə bir çox önəmli mövzulara toxunulmuş, qeyri hökumət təşkilatlarının dünya təcrübəsindən istifadəsi, Hüquq pozuntuları zamanı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qaydaları,Layihələrin yazılması və büdcə hesabatının düzgün tərtibinin avropa standartları, Qeyri Hökumət Təşkilatlarının donor mənbələri (Qlobal səviyyədə), həmçinin COJEP international beynəlxalq şəbəkənin tərkibində bu və digər mövzularda davamlı öyrədici təlim və seminarların təşkili haqqında çox əhəmiyyətli diskursiyalar baş tutmuşdur.Daha bir sevindirici hal bu gün baş tutan seminarda “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin COJEP international beynəlxalq şəbəkəsinə imza ataraq həqiqi üzv kimi qeydiyyatdan keçmişdir.
Bu Avropaya birbaşa inteqrasiya sahəsində təşkilatın önəmli addımlarından biri olmasına və gələcəkdə öz töhfələrini göstərəcəyinə inanırıq.












