“Sən Tək Deyilsən” Gənc Əlil Qılzara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc əlil qızların sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və maarifləndirilməsi” adlı layihənin icrasına start verib.
Layihə əlilliyi olan gənc əlil qızlar arasında sahibkarlıq fəaliyyətini təşviq etmək, onlara işsizlik probleminin həllində sahibkarlığın əhəmiyyətini izah etmək, dövlətin əlillərə olan qayğısının, sahibkarlıq fəaliyyəti üçün qanunvericilik bazasının əhəmiyyəti və yaratdığı imkanların əlillərə çatdırılmasıdır. Bununla da əlillərin və o cümlədən əlil qadınların sahibkarlıq fəaliyyətinə stimul verilməsi və kreditlərə çıxış imkanlarının öyrədilməsidir.
Təlimlər “Sən Tək Deyilsən” Gənc Əlil Qılzara Yardım İctimai Birliyinin rəhbəri Şəlalə Səlimova, Peşakar təlimçi İlqar Hüseynli, Ekspert Şahin Məhərrəmovun iştirakı ilə davam edir.












