Noyabr ayının 26-da Abşeron rayonu Hökməli qəsəbəsində Hökməli, Qobu, Güzdək, Mehdiabad, Pirəşəkül qəsəbələri və Qobustan kəndindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir.

 

QHT.az xəbər verir ki, görüş zaman Milli Məclisin deputatı vətəndaşların problemini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olmuşdur. Vətəndaşlar əsasən sosial problemlərin həlli, tibbi ehtiyaclarının təmin edilməsi, mənzil-məişət problemləri, əmlak, torpaq və məşğulluq məsələləri ilə bağlı müraciət ediblər. Qəbul zamanı Millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.