Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İstedadları Tanıyaq və Tanıdaq ” İctimai Birliyi “Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi” layihəsini həyata keçirir.
QHT.az xəbər verir ki, layihə çərçivəsində 18 mart 2022-ci il saat 11:00-da Şəhid və qazi ailələri, millət vəkilləri, sənətçilər, ekspertlər, psixoloq, mətbuat və QHT nümayəndələri, vətənpərvər gənclərin iştirakı ilə “Salam Şuşa!” adlı tədbir keçirildi.
Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, şəhidlərin xatirəsi sükutla yad edildi.
Tədbiri açıq elan edən birliyin sədri Vüsalə Qələndərli 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu xatırladaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun böyük qəhrəmanlıq və şücayət göstərərək ərazi bütövlüyümüzü bərpa etdiyini vurğuladı.
Daha sonra qonaqlar, şəhid ailələri, qazilər çıxış etdi.
Tədbir istedadlı gənclərin çıxışları ilə davam etdi. Sonda iştirakçılar diplom və hədiyyə ilə mükafatlandırıldı, xatirə şəkli çəkdirildi.












