Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şabran rayonunun 44 - günlük Vətən Müharibəsi şəhidlərinin əziz və unudulmaz  xatirəsinin  yad edilməsi, ailələrinin ziyarət olunması, onlara maddi və mənəvi dəstək nümayiş etdirilməsi” layihəsini həyata keçirir.

 

QHT.az xəbər verir ki, layihə çərçivəsində Şabran şəhərinin mərkəzindən keçən M.Ə.Rəsulzadə küçəsində şəhidlərin foto-şəkillərinin, döyüş səhnəsinin, şəhidlərin ölməz ruhuna hörmət və ehtiram duyğularını ifadə edən sözlərin əks olunduğu lövhə-panno quraşdırılmışdır.

 

Layihənin icrası davam edir.