“... O rəhbər güclü lider sayılır ki, gələcəkdə öz yerinə özündən
savadlı və təcrübəli kadrın yetişdirilməsini önəmli sayır...”
Uinston Çerçil
Azərbycanın son illərdə qeyri hökumət təşkilatlarının qeydiyyatdan keçirilməsində və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində müstəsna rolu güclü və savadlı kadrların formalaşdırlması hesabına baş verir. Belə kadrların ərsəyə gətirilməsi isə məhz gənc kadrların seçilərək bu sahə üzrə mütəxəsislər kimi hazıalnamsındadır.
Qeyri dövlət idarəetmə sistemində son dövrlər həyata keçirilən struktur islahatları çərçivəsində gənc kadrlara rəhbər təbəqədə yüksək etimadın göstərilməsi bu islahatların özü qədər diqqətçəkici məqamdır. Bu, QHT rəhbərliyinin ölkədə müxtəlif sahələr üzrə ixtisaslaşan QHT-lərin inkişafında gənclərə böyük etimad göstərməsinin təzahürüdür.
Araşdırmalar zamanı aydın olur ki, kadr seçimində bu yanaşma xüsusi bilik və bacarıqlarla bağlı seçmə üsulu ilə aparılmaqla, düşünülmüş və dövrün çağırışlarından irəli gəlir və perspektiv planları özündə əks etdirir.
“Vərəmsiz Gələcəyə Doğru” İctimai birliyi gənclərin bütün mərhələlərdə təşkilat daxili rəhbər vəzifələrə irəli çəkilməsi üçün uzun illərdir ki, baza formalaşdıraraq, uğurlu siyasət həyata keçirməkdədir. Ölkəmizdə hələ ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ilk illərində gənclər siyasəti prioritetlərdən elan olunmuşdu.
Təşkilatımızda müasir dövrdə gənc kadrların formalaşmasında gəncliyin təhsili sahəsində də bu günlərdə atılan addımlar gələcəkdə öz sözünü deyəcəkdir. Diqqət yetirən olsa görəcəkdir ki, rəhbər vəzifələrə irəli çəkilən gənclərin böyük bir hissəsi ölkənin sayılan ali məktəblərinin məzunlarıdır. Deməli, gəncliyin beynəlxalq standartlara cavab verən təhsilə yiyələnmiş nümayəndələrinin QHT vəzifələrində irəli çəkilməsi istiqamətində qarşıya qoyulmuş məqsədlər bu gün öz bəhrəsini verir. İrəli çəkilən gənclərin əsasən ali təhsil almış olmasına böyük önəm verilməsi idarəçilik sistemində beynəlxalq təcrübədən istifadə və innovativliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu səbədən də təşkilatımız qarşısına məqsəd qoymuşdur ki, QHT fəaliyyətinin öyrənilməsi istiqamətində gənc kadrların təcrübə mübadiləsi üçün bir çox xarici beynəlxalq təşkilatlara ezam edilməsi əsas prioritetimiz sayılmalıdır. Belə ki, xaricdə təhsil almış və təcrübə keçmiş həmin gənc kadrlar əldə etdikləri müasir bilikləri tətbiq etməklə təmsil olunduqları sahənin inkişafına töhfə vermiş olurlar. Bundan başqa, onların mükəmməl xarici dil biliklərinə yiyələnməsi də təmsil etdikləri sahələr üzrə müasir yenilikləri əyani şəkildə izləmək imkanı verir. Hər şeydən öncə isə idarəetmə sistemində müasir yanaşmaların tətbiqi baxımından qabaqcıl ölkələrdə təhsil almış və təcrübə keçmiş gənclərdən istifadə edilməsi öz müsbət nəticəsini qısa müddət ərzində verəcəyinə inanıram.
Çingiz Ramazanlı
“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri










