Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən təşkil ediləcək “Sığorta Festivalı” 17 avqust – 7 sentyabr tarixləri arasında 5 şəhərdə keçiriləcək.

QHT.az xəbər verir ki, Festivalın məqsədi sığorta savadlılığını artırmaqdır.

Festival 17 avqust – 7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala 17 avqust tarixdə Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək. Festival ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 31 avqust Lənkəran və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.

Festival əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmalarla müşayiət olunacaq.