Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sənan Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.
QHT.az xəbər verir ki, 2006-2007-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildə isə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kursunu bitirərək ordu sıralarına qayıdıb. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib və oktyabrın 11-də Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Sənan Əhmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!










