Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərahim Novruzov 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub.
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az -a verilən məlumata görə Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı 2 aprel tarixində qəhrəmancasına şəhid olub və aprelin 4-də doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salınıb.
Fərahim Novruzov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Qürurla yad edirik! Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










