"Ermənistanın son aylar daha da gücləndirdiyi saxta təbliğatın və bir sıra ölkələrin manipulyasiyasının regiondakı gərginliyin artırmasına gətirib çıxaracağı gözlənilən idi. Görünən budur ki, Ermənistan öz davranışları ilə son aylar sülh müzakirələrini əngəlləməyə çalışır".
QHT.az xəbər verir ki, bu sözləri Millət vəkili Vüqar Bayramov bildirib. Deputat qeyd edib ki, Ermənistanın bu günkü təxribatı da məhz bundan xəbər verir: "Amma regionda sülhün qarantı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə güclü Azərbaycan ordusudur. Şanlı ordumuz bütün təxribatlara cavab vermək gücündədir. Bütün bunlar ilə yanaşı, Qafqazın dayanıqlı inkişafı yalnız davamlı sülhün əldə edilməsindən keçir. İrəvanda və digər bir sıra paytaxtlarda bu həqiqəti nə qədər tez anlasalar, həm də özləri üçün də o qədər məqbul olar. Ərazi bütövlüyü və suverenliyin tanınmasını nəzərdə tutan sülh bütövlükdə regionun inkişafı üçün yeganə vasitədir".
Allah şanlı ordumuzu qorusun!
Pərvanə Fərhadqızı










