Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib.

 

QHT. az  axar.az -a istinadən xəbər verir ki, bu gün məntəqədən BQXK-yə məxsus 9 nəqliyyat vasitəsi keçid edib.

 

Həmin nəqliyyat vasitələrinin içərisində ümumilikdə 25-ə yaxın şəxs olub. Həmin şəxslər arasında BQXK əməkdaşları ilə yanaşı, mülki vətəndaşlar da var.

 

Onların sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

 

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

 

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.