Deputat Vüqar Bayramov bildirib ki, Qarabağ Universitetindəki təyinatlar Xankəndinin tezliklə regionun aparıcı təhsil mərkəzlərindən birinə çevriləcəyini təsdiq edir.

QHT.az xəbər verir ki, o, Xankəndində çalışacaq gənc mütəxəssislərin potensiallı və innovativ olduğunu qeyd edib. Bu, Qarabağda təhsil ənənəsinin bərpa olunacağını və insan kapitalının inkişaf edəcəyini göstərir. Vüqar Bayramov Qarabağ Universitetində çalışacaq həmkarlarına uğurlar arzulayıb.