Bakı Dövlət Universitetinin 30 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində seçilib və müxtəlif ölkələrin məşhur universitetlərində magistratura təhsili alacaq.

QHT.az xəbər verir ki, bu proqram, gənclərin beynəlxalq təhsil imkanlarını artırmaq məqsədini güdür.

Təhsil alacaqları ölkələr:

  • 16 nəfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu universitetlərində
  • 12 nəfər Amerika Birləşmiş Ştatlarının məşhur universitetlərində
  • 1 nəfər Almaniyanın tanınmış universitetində
  • 1 nəfər İsveç Krallığının prestijli universitetində

Bu uğurlu məzunlara təhsil yolunda uğurlar arzulayırıq!