Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, deputat Sadiq Qurbanov, "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərək, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin Qafqazda sülhün təmin olunmasında nə qədər vacib olduğunu vurğulayıb.
Sadiq Qurbanov bildirib ki, münaqişə tərəfləri arasında sülh sazişinin bağlanması və minaların təmizlənməsi Qafqazda sabitliyin təmin edilməsində eyni dərəcədə əhəmiyyət daşıyır. O, həmçinin, bu əhəmiyyətin Qafqazda sülh və sabitliyin tərəfdarı olan dövlətlər tərəfindən də unudulmaması lazım olduğunu qeyd edib.
Deputat, Avropada və Azərbaycanda insan hüquqları ilə bağlı aparılan müzakirələrə də toxunaraq, Azərbaycanın insan hüquqlarının bəzi xarici dövlətlər tərəfindən necə pozulduğunu diqqətə çatdırmaq istəyib.
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı










