Daxili İşlər Nazirliyi, razılaşdırma cəhdləri nəticəsində PKK-dan qaçan 1 terror təşkilatı üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.
QHT.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamaya görə, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Baş İdarəsi tərəfindən həyata keçirilən razı salma işləri nəticəsində PKK-dan qaçan 1 terror təşkilatı üzvü bu gün təhlükəsizlik qüvvələrinə təslim olub.
2011-ci ildə PKK-ya qoşulan təşkilat üzvünün İraq və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.












