Əfqanıstanın paytaxtı Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib.

QHT.az xəbər verir ki, partlayış nəticəsində 20 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin sözçüsü hadisədən sonra verdiyi açıqlamada, "Bu gün saat Xarici İşlər Nazirliyinə gedən yolda təəssüf ki, insan tələfatı ilə nəticələnən partlayış baş verib. Təhlükəsizlik qrupları hadisə yerindən xəbər verib və hadisənin təfərrüatları daha sonra sizinlə paylaşılacaq”.