Kolumbiyanın paytaxtı Boqotadakı El Dorado hava limanında təyyarənin eniş şassisində iki cəsəd tapılıb.
QHT.az xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqotadakı El Dorado hava limanında təmir işləri aparılarkən Avianca aviaşirkətinə məxsus təyyarənin eniş şassisində iki cəsədin tapıldığı bildirilib.

Baş Prokurorluqdan verilən açıqlamada, 15-20 yaş arası Afrika əsilli cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyatın davam etdiyi və təyyarəyə sonuncu dəfə dekabrın 27-də texniki xidmət göstərildiyi bildirilib. Açıqlamada meyitlərin dondurulduğu, bir meyitdə isə yanıq xəsarətlərinin olduğu da bildirilib.