Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Əlcəzairə səfəri zamanı bildirib ki, onun fikrincə, Fransanın bu ölkədə keçirdiyi nüvə sınaqlarının nəticələrini dünya ictimaiyyətinə xatırlatmaq lazımdır.
QHT.az xəbər verir ki, bu barədə rg.ru məlumat yayıb.
“Bu yaxınlarda Əlcəzair torpağında Fransanın ilk nüvə sınaqlarının daha bir ildönümü oldu.
Yüz minlərlə Əlcəzairli hələ də onlarla nüvə partlayışının nəticələrindən əziyyət çəkir”.
Patruşevin fikrincə, dünya ictimaiyyətinə bu cür mövzular "birgə" xatırlatılmalıdır, çünki bu cür "cinayətlər" üçün məhdudiyyət müddəti yoxdur.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təhlükəsizlik məsələləri üzrə əməkdaşlığı müzakirə etmək üçün Əlcəzairə səfər edib.
Səfər çərçivəsində Patruşev təhlükəsizlik sahəsində Rusiya-Əlcəzair əməkdaşlığı ilə bağlı bir sıra görüşlər keçirəcək.












