Almaniyanın Meklenburq-Ön Pomeraniya əyalətinin Qreyfsvald qəsəbəsində 500 qaçqın üçün tikintisi planlaşdırılan konteyner tipli sığınacaqlara qarşı nümayiş keçirilib.
QHT.az xəbər verir ki, Alman mətbuatında yer alan xəbərlərə görə, Greifsvaldda 500 qaçqın üçün nəzərdə tutulan konteyner tipli sığınacaqlara yüzlərlə adam etiraz edib.
Nümayişçilər daha sonra məktəbdə görüşdə olan Qreyfsvald meri Stefan Fassbinderə hücum etmək istəyiblər.
Polis Fassbinderi mühafizə altına alaraq nümayişçilərin əlindən alıb.
Yanvarın sonunda Meklenburq-Ön Pomeraniya əyalətinin 500 əhalisi olan Upahl kəndində 400 qaçqın üçün sığınacaq tikintisinə qarşı nümayişlər keçirilib.












