07.02.2023 – 22.02.2023 tarixləri müddətində keçirilən müsabiqə zamanı 26 problem ilə bağlı müraciət edən Cavad Salmanlı “Ən fəal vətəndaş” olaraq birinci yerin qalibi oldu!

Onun 32 yaşı var, Bakı şəhərində yaşayır. Qeyd edək ki, o “Fəal vətəndaş-2”, “Fəal vətəndaş-3” müsabiqələrində də birinci yerin qalibi olmuş və “Fəal vətəndaş-4” müsabiqəsində 2-ci yerin qalibi olmuşdur.

 

İkinci yerin qalibi Kamil Qasımovdur, onun 37 yaşı var. Gəncə şəhərində yaşayır. Enezaret haqqında məlumatı sosial şəbəkədə görüb və Gəncə şəhərində olan problemləri çəkərək platformaya göndərib.

 

Üçünçü yerin qalibi Elçin Musayevin 25 yaşı var. Bakı şəhərində yaşayır. Rep janrında musiqi ilə məşğul olur. Bir neçə gənclər təşkilatında çalışır. Problemlərin həll olunmasında fəal iştirak etməyi özünə borc bilir. 

 

Qeyd edək ki, qaliblər Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair tədbirdə elan edilib. E-Nəzarət Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID/Azerbaijan) tərəfindən maliyyələşdirilən və Açıq Hökumət Platforması ilə əməkdaşlıq şəraitində icra edilən layihə çərçivəsində həyata keçirilir.