Aİ ilə sərhədlərdə yeni İT sərhəd nəzarəti sistemi - Giriş/Çıxış Sxemi (EES) istifadəyə veriləcək.

QHT.az xəbər verir ki, Avropa İttifaqı sərhədi keçmə qaydalarını dəyişir. İndi pasportda möhür əvəzinə üz və barmaq izinin skan edilməsi olacaq. Bu barədə hökumətin Telegram kanalında məlumat verilib. O cümlədən, vizasız gediş-gəlişin ləğv olunmadığı, əlavə rüsumların tətbiq olunmadığı qeyd olunur. Eyni zamanda, sənədlərin yoxlanılmasına yanaşma da dəyişir.

Noyabrın 10-dan etibarən Aİ ilə sərhədlərdə yeni İT sərhəd nəzarəti sistemi - Giriş/Çıxış Sxemi (EES) istifadəyə veriləcək. EES sizin biometrik məlumatlarınızı bir dəfə ələ keçirəcək və 3 il saxlayacaq. Pasportunuzda artıq möhür olmayacaq. Qeydiyyat avtomatik olaraq özünəxidmət terminalları vasitəsilə həyata keçiriləcək.

 

Pərvanə Fərhadqızı