"Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi “Orta dəhlizin bel sütunu-Azərbayan” mövzusunda tədqiqat hesabatı hazırlayıb.

QHT.az xəbər verir ki, tədqiqat hesabatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstətəyi “Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Orta dəhlizin bel sütunu-Azərbayan” layihəsi çərçivəsində  hazırlanıb. Tədqiqat hesabatı Türkiyə Respublikasının Koç Universitetinin professorları, doktor Murad Koç və doktor Xaləddin İbrahimli tərəfindən hazırlanıb. 
Hesabatda Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) maliyyə resursları, strateji əhəmiyyəti, qlobal müstəvidə artan əhəmiyyəti, ayarı-ayrı ölkələrin rolu və perspektivə təsir imkanları ilə əlaqədar analiz verilib.

 

Hesabatla Azərbaycan və İngilis dillərinə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz.

“Orta dəhlizin bel sütunu-Azərbayan” - Azərbaycan dilində

“Orta dəhlizin bel sütunu-Azərbayan”  - İngilis dilində