Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi 01.06.2024-cü il tarixində “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verib.

QHT.az xəbər verir ki, təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, layihənin ideyası 0-8 yaşadək uşaqların valideynlərini və maraqlı tərəfləri Erkən Uşaqlıq Dövründə inkişafın vacibliyi, sosial, fiziki və əqli inkişafı, düzgün qidalanma, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafının stimullaşdırılması ilə bağlı maarifləndirməsindən ibarətdir.

Layihədə Nümunəvi Valideynlik  İnstitutunun yaranması üçün tədbirlər həyata keçiriləcək. Həm ailə qurmaq ərəfəsində olan gənclər həm də 0-8 yaş arası uşaqların valideynləri ilə iş aparılacaq.

Qeyd edək ki, layihə 3 ay müddətində 4 rayonda (Ağdam, Bərdə,Tərtər və Goranboy) həyata keçiriləcək.