NASA Reaktiv Hərəkət Laboratoriyasının məlumatına görə, avqustun 6-da, nəhəng asteroid 2023 OQ Yerin yaxınlığından uçacaq.
QHT.az xəbər verir ki, onun uzunluğu təqribən 137 metrdir. Bildirilir ki, asteroid Yerdən 3,8 milyon kilometr məsafədə 76 752 km/saat sürətlə uçacaq.
Qeyd edək ki, NASA Yerə 7,4 milyon km-dən yaxın məsafədə yaxınlaşan və ölçüsü 150 m-dən çox olan asteroidləri NASA-da “potensial təhlükəli obyekt” hesab edir.
Pərvanə Fərhadqızı












