Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyinin həyata keçirdiyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulıması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin növbəti tədbiri 29 may 2024-cü il tarixində Neftçala rayonunda keçirilib.
QHT.az xəbər verir ki, öncə tədbir iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylanılıb.
Tədbirdə layihə rəhbəri Adilə Nəzərova çıxış edərək bildirib ki, kitab (mütaliə) 5-6 yaşlarından başlayaraq sonadək özümüzlə götürəcəyimiz ən vacib “azuqə”lərdən biridir. Bu fikiri insanlara kiçik yaşlarından aşılamaq lazımdır. Hər kəsin həyatında bir oxu – mütaliə intizamı olmalıdır, çünki mütaliə insanları bu günə və sabaha hazırlayan, varlığını gələcəyə daşıya bilən hərəkətlər toplusudur. Mədəni inkişafa nail olmaq üçün cəmiyyət mütaliə vərdişi qazanmalı və bu vərdişi ömürlük oxu mədəniyyətinə çevirməlidir.
Təlimçi Həcər Paşayeva belə actual problemlə bağlı layihəni dəstəklədiyi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və layihəni həyata keçirən təşkilata təşəkkürünü bildirib. O, qeyd edib ki, yüksək intellektual səviyyəyə və praktiki işləmə qabiliyyətinə malik, müasir standartlara uyğun bilik və dünyagörüşünə sahib olan, dildə və informasiya axınında çeviklik bacarığı formalaşan kadrların hazırlanması üçün mütaliə mədəniyyətinin inkişafı vacib şərtlərdəndir.
Sonra tədbir iştirakçılarına söz verilib və qısa müzakirələr aparılıb.










