Rusiya rəsmiləri etiraf edir ki, NATO KTMT ölkələrinə, o cümlədən Rusiyaya mümkün müdaxilə üçün təlim keçir.
QHT.az xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Alyansı Rusiya sərhədləri yaxınlığında payızın sonuna qədər davam edəcək bir sıra təlimlərə başlayıb. Almaniyada keçirilən “Steadfast Foxtrot '24” təlimlərinə ABŞ-ın dörd ulduzlu generalı Kristofer Kavolinin nəzarət etdiyi NATO-nun SHAPE (Avropa Müttəfiq Güclərinin Ali Qərargahı) komanda strukturu nəzarət edir. Yunanıstanda keçirilən Ramstein Flag 24 təlimlərinə NATO-nun AIRCOM (Müttəfiqlərin Hava Komandanlığı) tərəfindən nəzarət edilir. Noyabrda Estoniyada Kiber Koalisiya təlimləri keçiriləcək.
Alyans səviyyəsindəki təlimlərdən başqa, NATO-nun dəstəyi ilə Bolqarıstanda Poseidon 24 və Finlandiyada Hammer 24 kimi bir sıra milli təlimlər keçiriləcək.
Pərvanə Fərhadqızı






