Vyetnamın şimalındakı Phu Tho əyalətində körpü uçub, insanlar və maşınlar suya düşüb.
QHT.az xəbər verir ki, Krasnaya çayı üzərindəki körpü sentyabrın 9-da uçub. Fövqəladə hadisə zamanı onun üzərində bir neçə avtomobil və motosiklet olub, sonradan suya düşüblər.
Portalın sitat gətirdiyi Vyetnam baş nazirinin müavini Ho Duk Fokun sözlərinə görə, 10-a yaxın avtomobil və iki motosiklet suya düşüb. O, təxminən 13 nəfərin itkin düşdüyünü, 4 nəfərin isə xilas edildiyini bildirib. Vyetnam hərbçiləri itkin düşənlərin axtarışını davam etdirir. İtkin düşənlərin dəqiq sayı daha çox ola bilər.
Pərvanə Fərhadqızı






