“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır.
06.03.2023-cü il tarixində saat 14.00 Ağdam rayonu Quzanlı qəsəbəsində Ağdam Sosial İqtisad Kollecində “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Erkən nigah və məişət zorakılığı” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.
Ekspert T.Dadaşov erkən nigah,məişət zorakılığı ətrafında çıxış etdi. O ”Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu, zorakılığın formaları ,Məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən işlər haqda məlumat verdi. Psixoloq A.İmanova psixoloji zorakılığın təsirlərindən danışdı Sonra müzakirələr başladı. İştirakçılar müzakirələrdə fəal iştirak etdilər. İştirakçılar məişət zorakılığının sosial kökündə yoxsulluğun,müharibənin vurduğu psixoloji zərbənin ,işsizliyin, alkoqolizmin,xarici teleserialların, qanunlardan xəbərsizliyi,savadsızlığın olmasını bildirdilər. Həll yollarını işyerlərinin açılmasında ,televiziyalarda nümunəvi verlişlərin verilməsini və Məişət zorakılığı barədə qanunun təbliğinin genişləndirilməsində gördülər.
İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.












