“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır. 
 

07.03.2023-cü il saat 11.00 da tarixində Ağdam rayonu 111 saylı köçkün orta məktəbində   “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender əsaslı zokakılıq və onun növləri” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi.  
 

 Ekspert T.Dadaşov gender əsaslı zorakılıq və onun növləri  barədə ətraflı məlumat verdi. O ”  gender əsaslı zorakılıq şəxslərin məhz genderinə görə zorakılığa məruz qalmasıdır.Bütün cəmiyyətlərdə gender əsaslı zorakılığa çox vaxt qızlar və qadınlar məruz qalırlar və zorakılıq hallarının böyük əksəriyyəti ailədaxili formada baş verir. Ailədaxili zorakılığın bir çox növü mövcuddur. Bir çox hallarda zorakılıq fiziki xarakter daşımır və onu asanlıqla müəyyən etmək çətin olur.Ancaq bilməliyik ki, zorakılığın bütün formaları zərərli və qəbuledilməzdir.Ailədaxili zorakılıq hallarının qarşısının alınması və bərabərliyin təmin edilməsi cəhdləri həm beynəlxalq sənədlər,həm də Azərbaycan Respublikasının milli qanunvericiliyi ilə dəstəklənir”
 Psixoloq A.İmanova psixoloji zorakılığın təsirlərindən danışdı ” Zorakılıqlar çoxdur. Amma bunların arasında insana ən acı və daha təsirli olanı psixioloji zorakılıqdır. İstər fiziki zorakılıq, istərsə də sosial zorakılıq az müddətdə keçir. Psixoloji zorakılıq isə digərlərindən fərqli olaraq qalıcı və uzunmüddətli təsirə malikdir:"Travmaların yaranmasının bilavasitə kökündə psixoloji zorakılıq dayanır. Zorakılığa meylli olan insanların keçmişdə yaşadıqları zorakılığı gələcəkdə tətbiq etməsinə heç kimin şübhəsi olmasın". Psixoloji zorakılıq və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və s. aiddir. ". 

 

Sonra  müzakirələr başladı. İştirakçılar müzakirələrdə  fəal iştirak etdilər.Suallar cavablandırıldı.   
İştirakçılardan İ.Quliyeva və M.Musayeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər