“Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması” adlı layihənin icrasına başlamışdır. 


07.03.2023-cü il saat 15.00 da tarixində Ağdam rayonu Bənövşələr qəsəbəsidə 2 saylı köçkün orta məktəbində   “Məcburi köçkün qadın icmalarında gender bərabərliyinin təmin olunması”adlı layihə çərçivəsində “Gender bərabərliyi və  Qadın hüquqları ” mövzusunda dəyirmi masa keçirildi.Tədbiri giriş sözü ilə layihə rəhbəri Ətrabə Məmmədova açdı. O layihə və donor təşkilat haqda məlumat verdi. Bildirdi ki,” Layihənin əsas məqsədi Ağdam, Ağcabədi və Bərdə rayonlarında fəaliyyət göstərən məcburi köçkün qadın icmalarının fəallarının gender hüquqları sahəsində biliklərinin inkişaf etdirməklə onların icma idarəçiliyində iştirakçılığının artırılmasına və bununla da həmin qrupdan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır”.


 Ekspert T.Dadaşov gender bərabərliyi və qadın hüquqları barədə ətraflı məlumat verdi. O ”  gender bərabərliyi- qadın və kişilərin hüquq bərabərliyi ;bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyətidir. İnsan hüquqlarının həyata keçirilməsində  qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatdır.2006-ci ildə  Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunub . Əvvəl Gender bərabərliyinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirirdi.23 noyabr2007-ci il “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Fərmanında   “gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir. Qadınlar huquqlarını bilib tətbiq etməklə uğur qazana bilərlər”.


 Psixoloq A.İmanova sağlamlıq hüququ ilə bağlı məlumat verdi. Sonra  müzakirələr başladı. İştirakçılar müzakirələrdə  fəal iştirak etdilər.Suallar cavablandırıldı.   
İştirakçılardan G.Məmmədova   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək”İctimai Birliyinə təşəkkür etdilər.