Deputat Vüqar Bayramov Füzuli rayonunda şəhid Nərimanov Sirac Fehruz oğlu və Tağıyev Ənvər Cümşüd oğlunun nəşinin qalıqlarının tapılib dəfn olunmasından sonra şəhidlərimizin ailə üzvləri ilə görüşüb.

QHT.az xəbər verir ki, hər iki şəhidimiz Birinci Qarabağ müharibəsində ölkəmizə qarşı təcavüzkar müharibədə şəhid olub.  Vətən müharibəsində qazanılan qələbədən sonra itkin düşmüş şəhidlərimizin müəyyən olunması istiqamətində həyata keçirilən tədbirlər zamanı Nərimanov Sirac Fehruz oğlu Beyləqan rayununda, Tağıyev Ənvər Cümşüd oğlu isə Xocavənd rayonunun Edilli kəndində aşkarlanıb.

Deputatla görüş zamanı hər iki şəhid ailəmiz onlara göstərilən diqqət və dövlət qayğısına görə ölkə Prezidentinə təşəkkürlərini ifadə etdilər.

Hər iki şəhidimizin ailə üzvləri ilə görüş zamanı şəhidlərimizə Allahdan rəhmət, onların ailə üzvlərinə isə səbr dilədik. Allah bütün şəhidlərimizə rəhmət etsin.