Azərbaycanın vətənpərvərliyini, qürurunu və milli birliyini simvolizə edən "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, gələcəkdə həyata keçirilməsi planlanan böyük layihələr ilə öz dəstəyini daha da genişləndirmək niyyətindədir. Bu barədə birliyin sədri Tünzalə Abduləlimova QHT.az-a açıqlamasında danışıb.

Tünzalə Abduləlimova bildirib ki, "Vətən Naminə" Şəhid ailələrinə dəstək İctimai Birliyi olaraq gələcəkdə böyük planlarımız var, lahiyələrimiz var: "Hədəfimizdə ilk öncə Şəhid, qazi ailələrinə dəstəkdi. Necə ki İlham Əliyev balalarımıza inanıb  vur dedi və bizim balalarimız Prezidentlə bir yumruq olub, Qarabağı aldılar, namusumuzu, qeyrətimizi təmizdədilər. Qarabağ Azərbaycandı dedilər, bizdə Şəhidlərimizin işini davam edərək bundan sonra biz Şəhid ailələrinə vəzifə düşür ki, bu Dövlətin və Pezidentimizin yanında olaq, Azərbaycanımızı qoruyaq".

Qeyd edək ki, "Vətən Naminə" birliyinin bu təşəbbüsləri, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaq uğrunda canını fəda edən şəhidlərin əmanətinə layiqincə sahib çıxmaq məqsədi daşıyır. Dövlətimizin və prezidentimizin yanında olmaq, onların yürütdüyü siyasətə dəstək vermək, hər bir vətəndaşın mənəvi borcudur. Abduləlimovanın rəhbərliyi ilə "Vətən Naminə" birliyi bu istiqamətdə öz işini davam etdirir və gələcəkdə daha da böyük layihələrlə şəhid ailələrinə dəstək olmağı planlaşdırır.

 

Pərvanə Fərhadqızı