70 saylı Masallı Şəhər Seçki Dairəsindən deputat seçilən millət vəkili Məşhur Məmmədov ənənəsinə sadiq qalaraq Qurban Bayramı münasibətilə seçicilərə qurban ətləri pay göndərib.

Deputatın köməkçisi Əli Nağıyevin verdiyi məlumata görə ümumi 1350 ailəyə qurban ətləri paylanıb. Onlardan 87 nəfəri şəhid ailəsi, 1263 nəfəri Qazi, Vətən Müharibəsi iştirakçısıçı və sosial təminatı az olan ailələr olmaqla 2 ton 800 kq qurban əti paylanıb.
Allah qəbul eləsin!