ABŞ-ın Montana ştatında potensial təhlükəli materialları daşıyan bir neçə qatar vaqonları relsdən çıxıb, Yelloustoun çayına düşüb.

QHT.az xəbər verir ki, nəticədə körpünün dəmir yolu hissəsi dağılıb. Relsdən çıxan vaqonlardan üçü isti asfalt, dördü isə ərimiş kükürd daşıyırmış. Həmçinin relsdən çıxan iki vaqonda natrium hidrogen sulfat da var idi, lakin həmin maddələr çaya daxil olmayıb.

 

 

Pərvanə Fərhadqızı