Böyük Britaniya vətəndaşı 24 yaşlı gənc O'Connor ABŞ-ın yüksək səviyyəli siyasi və biznes liderlərinin Twitter hesablarını oğurladığına, sosial media hesablarını sındırdığına və bir neçə şəxsi hədələdiyinə görə beş il həbs cəzasına məhkum edilib.

QHT.az xəbər verir ki, internetdə PlugwalkJoe kimi tanınan gənc cinayətlərinin bütün qurbanlarından üzr istəyib. O bir haker qrupdakı ortaqları ilə 130-dan çox Twitter hesabını, o cümlədən Apple, Uber, Kanye West, Bill Gates, Barak Obama, Co Bayden, Ceff Bezos və Uorren Baffet hesablarının oğurladıqlarını etiraf edib.

 

Pərvanə Fərhadqızı