Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tanınmış şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə edib.
QHT.az Azpost.info-ya istinadən bildirir ki, bu barədə şairin özü məlumat verib. “Mehriban xanım Bakı şəhərində mənə mənzil hədiyyə etdi. Azərbaycan prezidenti İlham Əliyevə və Mehriban xanım Əliyevaya bu diqqətə görə dərin təşəkkürümü bildirirəm”.












