28 dekabr – “Vəkil günü” peşə bayramı münasibətilə Mediasiya Şurası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov başda olmaqla, Kollegiyanın bütün üzvlərini səmimi qəlbdən təbrik edib.

QHT.az xəbər verir, Mediasiya Şurasının təbrikində vəkillik peşəsinin şərəfli və məsuliyyətli olduğu vurğulanıb:

"Vəkillər hüquq və ədalət mübarizəsində əvəzsiz rol oynayan, qanunların qorunmasına və vətəndaşların hüquqlarının müdafiəsinə xidmət edən şəxslərdir. Bu çətin və şərəfli peşəni ləyaqətlə yerinə yetirən Azərbaycan Vəkillər Kollegiyasının bütün üzvlərinə fəaliyyətlərində uğurlar arzulayırıq."

Təbrikdə həmçinin vəkillərin hüquq sahəsindəki misilsiz fəaliyyətinin əhəmiyyəti və cəmiyyət üçün gördükləri işlərin önəmi xüsusi qeyd olunub.