Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının 2024-cü il üçün Yol Xəritəsinin 4.1.1-ci yarımbəndinə əsasən, mediasiya proseslərinin rəqəmsallaşdırılması işi başa çatdırılıb.
QHT.az xəbər verir ki, Ədliyyə Nazirliyi və Mediasiya Şurasının birgə əməkdaşlığı nəticəsində bütün mediatorlar və mediasiya təşkilatları barədə məlumatlar Vahid Məhkəmə Portalına (https://courts.gov.az/) inteqrasiya edilib. Bu yeniliklə, vətəndaşlar və hüquqi şəxslər mediatora və ya mediasiya təşkilatına elektron formada müraciət edə biləcəklər. Mediasiya xidmətlərinin elektronlaşması bu prosesləri daha asan və rahat edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının fəaliyyəti çərçivəsində “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmənin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi” bu il mayın 31-də Baş nazirin birinci müavini tərəfindən təsdiq edilib.










