Ana Vətən Partiyası Qadınlar Şurasının sədr müavini Səbinə Kərimova partiyadan ayrılması ilə bağlı məlumat yayıb.

QHT.az paylaşımı təqdim edir: “Mən Ana Vətən Partiyası ilə yollarımı ayırmağa qərar verdim. Bu, ilk deyil; bir neçə qurum var ki, mən onlardan da ayrılacağam. Çünki müstəqil və azad olmaq istəyirəm. Məni sıxacaq heç bir şeyin həyatımda qalmasını istəmirəm. Azad düşüncə və azad hərəkət. Artıq özüm üçün yaşamağın vaxtı çatıb.

P.S. Dövlət mənim dövlətimdir, ondan əsla narazı olmaram. Ancaq sizlərdən narazıyam. Buna görə də özüm olmağa qərar verdim."

Qeyd edək ki, Səbinə Kərimova "Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsi və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədridir. 

O, 44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi üzrə Ana Vətən Partiyasından deputatlığa namizəd idi.